İnter Qaz Servis

IQS

 

/

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasından bəhrələnən şirkətlər sırasında"İnter Qaz Servis" də var.

" İnter Qaz Servis " MMC Azərbaycan Respublikasında özəl şirkətlər arasında birincilər sırasındadır və öz işlərini IQNet və DQS Avropa standartlarına uyğun olaraq aparır. Kompaniyamız ISO 9001:2008 Keyfiyyət Menecment Sistemi, ISO 14001:2004 Ətraf mühitin mühafizəsi menecnent Sistemi və BS OHSAS 18001:2007 Əməyin mühafizəsi və təhlükəsizlik menecment Sistemi Sertifikatlarını 2014 ildə əldə etmişdir.

" İnter Qaz Servis " MMC Azərbaycan Respublikasında neft-qaz sahəsində 2008-ci ildən fəaliyyət göstərir.

Bu yeddi il müddətində özünə etibarlı tərəfdaş statusu qazanmış, qaz kəmərlərinin, anbarların , qaz doldurma stansiyaların və məntəqələrin layihələndirilməsi, tikintisi və servis xidməti işlərinin aparılması ilə məşğuldur.

Eyni zamanda " İnter Qaz Servis " MMC -nin daxilində Keyfiyyətə nəzarət şöbəsi fəaliyyət göstərir.

Bu şöbənin mütəxəssisləri beynəlxalq sertifikatlara malikdirlər və dağılmayan üsulla qaynaq tikişlərinin materialların keyfiyyətinin yoxlanılması işlərini Avropa standartlarına uyğun həyata keçirirlər.

Şirkətimizin yuxarıda sadalanan işləri həyata keçirməyə icazə verən Lisenziyaları vardır.

İşlərin yüksək səviyyədə aparılmasını Sifarişçilərin verdiyi rəylər təsdiq edir.




KEYFİYYƏT SAĞLAMLIQ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SİYASƏTİ





“İnter Qaz Servis" MMC beynəlxalq standartlara istiqamətlənərək və neft-qaz sahəsində işlərin yüksək

məsuliyyətini dərk edərək öz işində keyfiyyətin, sağlamlığın və ətraf mühitin mühafizəsinin təmin

edilməsində müasir üsul və metodlardan istifadə edir. "İnter Qaz Servis" MMC-nin rəhbərliyi Keyfiyyətin,

sağlamlığın və ətraf mühitin mühafizəsini ISO 9001 , ISO14001 və OHSAS, 18001 beynəlxalq

standartlara uyğun olaraq İnteqrasiya Olunmuş Menecment Sistemini hazırlayıb, həyata keçirir və

daim təkmilləşdirir.

Fəaliyyətimizin məqsədi - təcrübə, bilik, innovasiya layihələri və müasir texnologiyaların istifadəsinə

əsaslanaraq gördüyümüz işlərlə İstehlakçını məftun etməkdir.

Bizim əsas vəzifəmiz - sağlamlığın mühafizəsinin və peşəkar təhlükəsizliyin beynəlxalq həm də milli

standartların icbari norma və qaydalarına əməl edərək neft-qaz avadanlığının, komplektləşdirici

məmulatların servisi və yeniləşdirçlməsi yolu ilə qəzalı vəziyyətlərin yaranmasının mümkünlüyünü istisna edən obyektlərin layihələndirilməsi, tikintisi və tam təslimidir.

Qarşıya qoyulmuş vəzifələrin həlli üçün biz öhdəmizə götürürük:

-işləri başlamazdan əvvəl və aparılması zamanı, həmçinin işləri başa çatdırdıqdan sonra İstehlakçı

ilə bütün səviyyələrdə əlaqələr qurmaq , İstehlakçının məmnuniyyəti barədə məlumat əldə etmək.

- İşçilərin ixtisas səviyyəsini daim artırmaq, bütün heyəti vaxtaşırı təhlükəsiz,

əmək təcrübəsinə öyrətmək.

-tullantıların və zərərli tullantıların miqdarını minimuma endirən istehsal texnologiyalarının

tətbiqi hesabına təbii resurslardan səmərəli istifadə etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq və istehsalat təcrübəsini durmadan yaxşılaşdırmaq.

- Qanunvericilik, normativ-hüquqi aktların tələblərinə uyğun fəaliyyət göstərmək..

- Təhlükəsiz əmək şəraiti yaratmaq , əməkdaşların sağlamlığına dəyə bilən mümkün zədə və ziyandan m aksimal müdafiəsini təmin etmək.

- İşin səmərəliliyinin artırılması üçün sistematik menecmentin təhlili aparmaq

- Neft-qaz sahəsində ən müasir nailiyyətləri izləmək.

- Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün "İnter Qaz Servis" MMC-nin rəhbərliyi Siyasətinin

tətbiqinin təşkilinə görə məsuliyyəti öz üzərinə götürür,burada göstərilən prinsiplərə dönmədən

əməl etməlidir. Bizim Siyasətimiz - bütün maraqlı tərəflər, əməkdaşlar, ictimaiyyət üçün açıqdır və "İnter Qaz Servis" MMC-nin hər bir işçisi üçün məcburidir.