HAQQIMIZDA
Kompaniyamız ISO 9001:2008 Keyfiyyət Menecment Sistemi, ISO 14001:2004 Ətraf mühitin mühafizəsi menecnent Sistemi və BS OHSAS 18001:2007 Əməyin mühafizəsi və təhlükəsizlik menecment Sistemi Sertifikatlarını 2011-ci ildə əldə etmişik və sonra 2014-cü ildə təzələmişik.
İnter Qaz Servis MMC Azərbaycan Respublikasında neft-qaz sahəsində 2007-ci ildən fəaliyyət göstərir. Ötən müddət ərzində özünə etibarlı tərəfdaş statusu qazanmış, qaz kəmərlərinin, anbarların , qaz doldurma stansiyaların və məntəqələrin layihələndirilməsi, tikintisi və servis xidməti işlərinin aparılması ilə məşğuldur. Şirkətimizin yuxarıda sadalanan işləri həyata keçirməyə icazə verən FHN tərəfindən və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nzirliyi tərəfindən verilən Lisenziyaları vardır.
KEYFİYYƏT, PEŞƏ TƏHLÜKƏSİZLİYİ, ƏTRAF MÜHİTİN VƏ SAĞLAMLIĞIN QORUNMASI SAHƏSİNDƏ SİYASƏT
“İnter Qaz Servis” MMC-nin rəhbərliyi bütün işlərin peşə təhlükəsizliyi,ekologiya və keyfiyyət menecmentini beynəlxalq tələblərinə uyğun görülməsi yolu ilə, sifarişçilərin yüksək etibarını qazanmağına cəhd göstərdiyini bəyan edir.
“İnter Qaz Servis” MMC-nin uğurlu fəaliyyəti qaz sənayesi obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və təmiri sahəsində göstərilən xidmətlərlə bağlı sifarişçilərin tələblərindən asılıdır. Bu işlərin görülməsi keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normalarına mütləq riayət olunmasına,göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə əsaslanır.
“İnter Qaz Servis” MMC-nin rəhbərliyi Keyfiyyət,Peşə Təhlükəsizliyi, Sağlamlıq və ətraf Mühitin Qorunması üzrə İnteqrə olunmuş Menecment Sisteminin İSO 9001 və 14001,həmçinin, OHSAS 18001 uyğun olaraq işlənib hazırlanmasını və tətbiq edilməsini təşkil etməklə yanaşı,bu sistemin tələblərinin bütün işçilər tərəfindən mütləq yerinə yetirilməsini tələb edir.
”İnter Qaz Servis” MMC-nin rəhbərliyi aşağıdakı vacib məsələləri müəyyən edir:
▪ Göstərilən xidmət və görülən işlər prosesin bütün mərhələlərində mümkün olan uyğunsuzluq və iddiaların qarşısını alaraq,müştərilərin real və artan təlabatlarını təmin etməyə daima cəhd göstərmək;
▪ Həmişə və istənilən vəziyyətdə keyfiyyət, peşə təhlükəsizliyi və ekologiya standartlarının tələblərinə uyğun olmaq;
▪ Uyğunsuzluqların qarşısının alınması üzrə aktiv iş aparmaq, habelə, istənilən vaxt İMS sahəsi ilə bağlı meydana çıxmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə yenidən aparılan işlərə hazır olmaq;
▪ Qəbul edilmiş vəzifə və işlərin effektiv icrası,habelə,sifarişçinlərin tələblərinin məmnunluğu üçün idarəetmə sisteminin istifadəsi məqsədilə müəssisəni İMS üzrə lazımi sənədlərlə təmin etmək;
▪ Fəaliyyət göstərən standartların öyrədilməsi,təhlili və auditin istifadəsi vasitəsilə İMS tələblərinin yerinə yetirilməsini daima yüksəltmək və qiymətləndirmək,monitorinqi həyata keçirmək;
▪ Təbii ehtiyyatlardan səmərəli sürətdə istifadə edərək,həmçinin,istehsalat texnologiyasında zərərli tullantıların miqdarının minimuma endirilməsi yolu ilə ətraf mühitə mənfi təsiri minimuma endirmək;
▪ İşçilərdən, tədarükçülərdən və işgüzar partnyorlardan təhlükəsizlik və ətraf mühitin qorunması normaları üzrə biliklər tələb etmək;
▪ Keyfiyyət, peşə təhlükəsizliyi,ətraf mühitin və sağlamlığın qorunması sahəsində tələblərin anlanılmasını təmin etmək,bütün əlaqədar şəxslərlə və təşkilatlarla sərbəst məlumat mübadiləsi aparmaq.
Keyfiyyət,peşə təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində Siyasətin tətbiq olunmasının təşkili üçün qarşıya qoyulmuş məsələlərə nail olmaq məqsədilə “İnter Qaz Servis” MMC-nin rəhbərliyi öz üzərinə məsuliyyət götürür və ifadə olunmuş prinsiplərə şərtsiz riayət olunmasını öhdəsinə götürür.
Keyfiyyət,peşə təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində Siyasət “İnter Qaz Servis” MMC-nin hər bir işçisi üçün vacibdir.